Epşteyn istintaqında bu ölkədən kömək istənildi

14:55 27.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polşa müstəntiqləri fransız həmkarlarından amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı istintaqda kömək istəyirlər.

Hafta.az xarici KİİV-ə istinadən xəbər verir ki, bunun, 2022-ci ildə yetkinlik yaşına çatmayanlara cinsi təcavüz etməkdə ittiham olunan və həbsxana kamerasında ölü tapılan fransız model agenti və Epşteynin yaxın adamı Jan-Lük Brunelin fəaliyyətinin araşdırılması ilə bağlı olduğu bildirilir.

Polşa Milli Prokurorluğu əvvəllər Epşteyn işində yetkinlik yaşına çatmayanların cinsi istismara cəlb edilməsi halları ilə bağlı istintaqa başlamışdı. Milli Prokurorluq fevral ayında Polşanın ədliyyə naziri və baş prokuroru Valdemar Zurekin Epşteyn işində "Polşa izlərini" araşdırmaq üçün bir qrup yaratdığını bildirmişdi.

2019-cu ildə Epşteyn ABŞ-də yetkinlik yaşına çatmayanların cinsi istismarı ilə bağlı ittiham olunub. Həmin ilin iyul ayında o, həbsxanada vəfat edib və müstəntiqlər bunu intihar kimi qiymətləndiriblər. 30 yanvarda Baş prokurorun müavini Todd Blanche Epşteyn işi üzrə materialların açıqlanmasının başa çatdığını elan edib. Açıqlanan məlumatların ümumi həcmi 3,5 milyon faylı keçib.